Yekaterina Konstantinovnanın meyiti aidiyyəti üzrə təhvil verilib
Bakıda mənzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya verilən məlumata görə, paytaxtın Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Orada aşkarlanan 69 yaşlı Arjevitina Yekaterina Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.