Oğurluğu törətməkdə şübhəli bilinən şəxs tutulub
Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19 000 avro, 4 950 funt sterlinq və 4 800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.