Bakıda dəniz sahilində yanğın

Hadisə

15.07.2022 - 15:11

Həkimlər Klinikalar SEO Xidməti

Konteynerdə baş verən yanğın söndürülüb

Bakı şəhərinin Xətai rayonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” ASC-nin ərazisində ümumi sahəsi 12 m² olan istifadəyə yararsız konteyner, içərisində olan əşyalar, 2 p/m elektrik kabeli və ətrafda 30 m² sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, qurumun yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş