Bakıda binada yanğın olub

Hadisə

11.09.2022 - 17:19

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli mansarda tipli yaşayış binasında ümumi sahəsi 140 m² olan mənzilin 1 otağının tavanı 1 m² sahədə, sahəsi 80 m² mansardanın yanar konstruksiyaları 10 m² sahədə və binanın dam örtüyü 10 m² sahədə yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, mənzilin, mansardanın və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az