Bakıda azyaşlıya qarşı zorakılıqla bağlı araşdırma aparılıb – RƏSMİ

Xəbərlər

04.08.2023 - 13:48

DİN sosial şəbəkələrdəki görüntülərlə bağlı məlumat yayıb

Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb.  AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən Xətai rayonu S.Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib.

“Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. Hazırda təhqiqat araşdırmaları davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş