Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb

Xəbərlər

17.09.2022 - 16:31

cedabet dərman SEO Xidməti

Fəzail Quliyev şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb.

Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb. Daxili İşlər Nazirliyindən AYNA-ya bildirilib ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş