Bakıda ağır yol qəzası olub: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Hadisə

01.01.2023 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə “Şəfa” stadionun yaxınlığında qeydə alınıb

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Prospektində, “Şəfa” stadionun yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı "Toyota Prius" və "Mercedes" avtomobilləri toqquşub: "İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə "Mercedes"in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, "Koroğlu" metrosu istiqamətində "Mercedes" markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn "Toyota Prius" avtomobili "Mercedes"ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. "Toyota Prius"un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş