Bakıda ağaclıq ərazidə yanğın olub

Hadisə

07.06.2023 - 16:03

Yanğın mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunun Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən AYNA-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.

Müəllif: Ayna.az