Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın "Report"a istinadən məlumatına görə, Sulutəpə qəsəbəsində avtomobil yolu keçən 2020-ci il təvəllüdlü M.Z.-ni vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.