Bakı sakininə tapançanın qundağı ilə xəsarət yetirilib

Hadisə

17.04.2023 - 06:17

Həkimlər Klinikalar SEO Xidməti

Nərimanov rayonunda döyülmə hadisəsi baş verib

Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Əlibala çay evində baş verib.

Belə ki, 1986-ci il təvəllüdlü Abbasov İsmail Faiq oğlu çayxanada naməlum şəxslə dava edən zaman başından xəsarət alıb.

Tapançanın qundağı ilə başından xəsarətlər alan İ.Abbasov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş