Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edilib

Xəbərlər

17.04.2023 - 17:14

21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.

QSC-dən AYNA-ya bildirilib ki, aprelin 21-də Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 7:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.

Eyni zamanda aprelin 23-24-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib. Müvafiq tarixlərdə Bakıdan saat 8:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş