“Bakcell”dən Türkiyəyə dəstək

Reklam

13.02.2023 - 14:09

Şirkət xüsusi telekommunikasiya avadanlıqları göndərib

“Bakcell” şirkəti Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərin və orada çalışan insanların yaxınları və müvafiq qurumlarla əlaqə saxlaya bilməsini təmin etmək üçün Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları yollayıb. AYNA xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Qeyd edilib ki, təbii fəlakətin baş verdiyi müxtəlif bölgələrdə "Bakcell"in dəstəyilə ümumi dəyəri 500 min manata yaxın olan 13 xüsusi telekommunikasiya avadanlığı quraşdırılacaq.

Müəllif: Ayna.az