"Bakcell"in Lənkəranda yeni mağazası açılıb

Reklam

23.02.2022 - 12:27

Mağaza “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub

“Bakcell” MMC Lənkəran şəhərində yenilənmiş konsept mağazasını istifadəyə verib. AYNA xəbər verir ki, müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə müştəri xidməti, eyni zamanda nömrə və aksessuar satışı funksiyasını birləşdirərək “hər şey bir arada” innovativ konsepsiyası əsasında qurulub.

Lənkəran şəhəri, Həzi Aslanov xiyabanı, 26 ünvanındakə (Lənkəran Dövlət Universiteti ilə üzbəüz) yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib.

“Əminəm ki, bu konsept mağazada Lənkəranda yaşayan bütün müştərilərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün yeni açılan mərkəzlərimizdə olduğu kimi, burada da bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətlərimizi Azərbaycanın bütün regionlarında yaşayan abunəçilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni konsept mağazaların qurulmasını davam etdirəcəyik”, deyə “Bakcell”in baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Şirkət bu ilin sonuna qədər bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

2021-ci ildə “Bakcell” şəbəkəsini növbəti dəfə Ookla® “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görüb. Bu gün “Bakcell” 9 minə yaxın baza stansiyası sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,6%-ni əhatə edir.

"Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb "Bakcell"in Lənkəranda yeni mağazası açılıb
Müəllif: Ayna.az