Bu il "Bakcell"in Qarabağda genişlənməsinə nə qədər investisiya qoyulacaq?

Reklam

09.03.2022 - 15:26

Şirkətin azad olunmuş ərazilərdə genişlənməsinə qoyulan investisiya həcmi 23 milyon manata çatacaq

“Bakcell” işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq. AYNA şirkətə istinadən xəbər verir ki, bununla da 2022-ci ilin sonuna qədər Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü keçəcək.

Hazırda “Bakcell” şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.

“Bakcell” Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.

Müəllif: Ayna.az