Yeni xidmət ölkə xaricində olan abunəçilərə dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək
“Bakcell” şirkəti Azərbaycanda ilk dəfə olaraq Wi-Fi üzərindən zəng xidmətini - VoWiFi (Voice over Wi-Fi) texnologiyasını istifadəyə verib. Yeni xidmət ölkə xaricində olan abunəçilərə smartfonda “Wi-Fi” şəbəkəsi aktiv olduğu halda dünyanın istənilən yerinə Azərbaycandakı tarif ilə zəng etmək imkanı verəcək.
AYNA-ya şirkətdən verilən məlumata görə, bunun üçün ölkə xaricində olarkən rouminq və “VoLTE / VoWiF”i xidmətlərinin aktiv olması kifayətdir.
“VoWiFi” xidmətinin üstünlükləri nələrdir?
“VoWiFi” xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.
Şəbəkənin olmadığı yerlərdə belə, “WiFi” üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.
Xaricdə olarkən “VoWiFi” xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.
Smartfonun “VoWiFi” texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat səhifəsində yerləşdirilib.
“VoWiFi” texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.