“Bakcell”in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb

Reklam

05.06.2024 - 13:16

Həkimlər Klinikalar SEO Xidməti

Qonaqlar qabaqcıl texnoloji fəaliyyətlərdə iştirak etmək və hədiyyələr qazanmaq imkanı əldə ediblər

Son həftələrdə yeni brend kimliyini ölkənin 7 şəhərində qeyd edən “Bakcell” son rebrendinq tədbirini Laçında keçirtdi. Bununla şirkət Azərbaycana gətirdiyi innovasiyalar və yeni məhsulları ilə, bütün ölkə əhalisinə davamlı sadiqliyini nümayiş etdirir.

AYNA xəbər verir ki, tədbir zamanı qonaqlar qabaqcıl texnoloji fəaliyyətlərdə iştirak etmək və hədiyyələr qazanmaq imkanı əldə ediblər.

Tədbirin diqqət mərkəzində, “Bakcell”in yeni dövrünün qəhrəmanı, humanoid robot Ardi olub. Qonaqlar yeniliklərlə dolu əyləncə proqramı, VR və sürət oyunlarında iştirak edib, Ardi ilə interaktiv ünsiyət qurublar.

İnnovasiyaları ilə yeni dövr başladan “Bakcell” bütün Azərbaycan ərazisində, xüsusilə də doğma Qarabağa sərmayələrin yatırılması, ölkənin hər bir bölgəsinə yeniliklər, sürət və qabaqcıl texnologiyaların gətirilməsini öndə tutur.

“Bakcell”in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb “Bakcell”in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb “Bakcell”in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşıb
Müəllif: Ayna.az