Ruslan Əliyev əmr imzalayıb
“Azəriqaz” İstehsalat Birliyində yeni kadr təyinatı olub.
AYNA-nın məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev dekabrın 3-də bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, "Azəriqaz"ın baş direktorunun satış və istismar üzrə müavininin vəzifə səlahiyyətlərinin icrası Birliyin Mexanika və energetika şöbəsinin rəisi Cahid Əlsəf oğlu Hüseynova həvalə edilib.