BU QƏDƏR DƏ YOX!"/>

Azərbaycanlılar koronavirusdan qorunmağın "yolunu" tapdılar - <font color=red> BU QƏDƏR DƏ YOX!</font>

Cəmiyyət

12.03.2020 - 17:41

"Koronavirus hər hansı bir zərərverici həşarat deyil ki, havanı dərmanlamaqla qarşısı alınsın”

 

Sosial şəbəkələrdə, xüsusən də “Whatsapp” qruplarında bu gün yayılmış bir məlumat yenidən insanları təşvişə salıb. Bir kişi və bir qadın tərəfindən yayılmış sözügedən məlumatda bildirilir ki, bu axşam saat 23:00-dan səhər saat 05:00-a qədər koronavirusa görə respublika ərazisində havanı xüsusi təyyarələrlə dərmanlayacaqlar.

 

Məlumatı verən şəxslər hər kəsi ehtiyatlı olmağa, “eşikdə paltar-palaz, ərzaq məhsulları qoymamağa, qapı-pəncərələri bağlı saxlamağa və bu məlumatı hamıya göndərməyə" çağırırlar.  Mənbə olaraq isə "yoldaşı vəzifədə işləyən" hansısa valideynə istinad olunur.

Rumiyyə Miraslan