Azərbaycanlı məşqçi ağır xəstəlikdən vəfat edib

Xəbərlər

25.06.2022 - 23:13

Məşqçi uzun sürən xəstəlikdən vəfat edib

Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib. AYNA-nın federasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, bir çox idmançının yetişdirilməsində rolu olan və hazırda məşqçi kimi fəaliyyət göstərən bir neçə məşqçi-müəllimlərə taekvondonun sirlərini öyrədən Şahmurad Əlimuradov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

O, bu ilin fevral ayınadək Sumqayıt şəhər Gənclər və İdman idarəsində baş məşqçi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Azərbaycanlı məşqçi ağır xəstəlikdən vəfat edib
Müəllif: Ayna.az