Azərbaycanlı deputatlar Türkiyədəki seçkiləri müşahidə edəcəklər

Siyasət

25.05.2023 - 15:01

Milli Məclisin nümayəndə heyəti sabah Ankara şəhərinə yola düşəcəklər

Azərbaycan Milli Məclisinin (MM) bir qrup üzvü Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 26-da Ankaraya səfər edəcək. Bu barədə AYNA-ya MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində MM-in komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvü, deputat Anar Məmmədov TÜRK PA, deputat, ATƏT PA-da Azərbaycan nümayəndə heyəti rəhbəri Azay Quliyev isə ATƏT PA xətti ilə Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər mayın 29-da başa çatacaq.

Müəllif: Ayna.az