“Azərbaycanın yanında olmağa davam edəcəyik” - <font color=red> Hulusi Akar</font>

Siyasət

14.07.2020 - 20:04

Türkiyəli nazir Azərbaycana dəstək olduğunu bildirib

 

“Təcavüzkar mövqeyini davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağı, azərbaycanlı qardaşlarımıza dəstəyi davam etdirəcəyik”.

 

AYNA “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

 

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna gerçəkləşdirdiyi hücumu qətiyyətlə pisləyirik. Hücumu dəf edərkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm”, - nazir vurğulayıb.

Müəllif: Ayna.az