Silahlı hücum edən şəxs saxlanılıb
Bu gün səhər saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib. AYNA xəbər verir ki, bu barədə “Caliber” “Telegram” məlumat yayıb.
Bildirilib ki, hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.
