1054 ev, 142 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 31 mülki şəxs həyatını itirib. Bu barədə AYNA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, ermənilərin açdığı atəş nəticəsində 164 nəfər yaralanıb. 1054 ev, 142 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb.