Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir

Xəbərlər

27.01.2023 - 13:33

“Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparırıq”

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir. AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Səfirliyimizin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər aparırıq. Səfirlik işçilərinin Azərbaycana təxliyəsi həyata keçirilir”, - o qeyd edib.

Müəllif: Ayna.az