Azərbaycanda son sutkada 9 nəfər COVID-19-dan ölüb

Aktual

14.09.2022 - 16:36

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 371 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9 873 nəfər vəfat edib, aktiv xəstə sayı 2 060 nəfərdir.

Ölkədə son sutka ərzində 3 664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş