Azərbaycanda son sutkada 4 nəfər COVID-19-dan vəfat edib

Aktual

12.01.2023 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Daha 80 nəfər koronavirusa yoluxub, 66 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 528 nəfər müalicə olunaraq sağalıb, 10 037 nəfər vəfat edib, aktiv xəstə sayı 570 nəfərdir.

Ölkədə son sutka ərzində 2 024, hazırkı dövrədək isə 7 451 931 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş