Azərbaycanda son sutkada 325 nəfər COVID-19-a yoluxub

Aktual

13.09.2022 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Daha 7 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.

Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 753 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş