Azərbaycanda qardaş qardaşı bıçaqlayıb

Hadisə

08.05.2023 - 01:54

Həkimlər Klinikalar SEO Xidməti

Qardaşlar arasında mübahisəyə iri buynuzlu heyvanlar səbəb olub

Ucarda qardaş qardaşı bıçaqlayıb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Türkəci kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Ramazan Əvəz oğlu Xəlilov, aralarında yaranmış münaqişə zəminində qardaşı, 1967-ci il təvəllüdlü Səhman Xəlilova bıçaqla xəsarət yetirib.

Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qardaşlar arasında mübahisəyə iri buynuzlu heyvanlar səbəb olub.

Belə ki, Səhmanın heyvanı Ramazanın həyətinin qarşısına gəlib. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb.

Sonda mübahisə qanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş