Azərbaycanda kimyaçı alim vəfat edib

Xəbərlər

24.08.2022 - 18:02

cedabet dərman SEO Xidməti

Professor Hikmət İbrahimov 71 yaşında dünyasını dəyişib

Professor Hikmət İbrahimov vəfat edib. Azərbaycan Milli Elmlər Akademiyasından AYNA-ya verilən xəbərə görə, Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri, kimya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, professor avqustun 23-də 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, alim müasir neft emalı sənayesinin əsas inkişaf istiqamətlərindən biri sayılan ağır neft qalıqlarının (qudron, mazut, ağır piroliz qətranı) emala cəlb edilməsilə açıq rəngli neft məhsullarının alınması və neftin emalının dərinləşdirilməsi istiqamətində elmi-tədqiqat işləri aparıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş