Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Xəbərlər

20.06.2023 - 12:20

"Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq.

AYNA-nın xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Belə ki, təklif olunan dəyişikliklə dərman vasitələrinin dövlət reyestri (bundan sonra – dövlət reyestri) həyata keçiriləcək.

Qeyd edək ki, dövlət reyestri bu qanuna uyğun olaraq Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş