Azərbaycanda daha 20 şagird koronavirusa yoluxub

Aktual

05.10.2020 - 13:14

Dörd sinifdə dərslər təhsilin distant formasına keçirilib

 

Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı növbəti məlumat açıqlanıb.

 

Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, 13 şagirdin, işçi heyətdən 1 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 20 şagird, işçi heyətdən isə 16 nəfər koronavirusa yoluxub. Dörd sinifdə dərslər təhsilin distant formasına keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 27-yə çatıb.

 

Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi virusa yoluxma halları səbəbindən təhsili distant formaya keçirib.

Müəllif: Ayna.az