Ermənistanın kamikadze-dronu məhv edilib

Aktual

08.10.2020 - 10:51

Dron mülki əhalinin yaşadığı ərazinin üzərində uçurmuş

 

Düşmənə məxsus kamikadze-dronu məhv edilib. AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

 

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın kamikadze dronu vasitəsilə Azərbaycanın mülki əhalisinə hücum etmək cəhdi uğursuz alınıb.

 

“Ermənistanın kamikadze-dronu hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən uğurla məhv edilib. Dron mülki əhalinin yaşadığı ərazinin üzərində uçurdu. Çox sayda mülki əhalinin həyatına təhlükə aradan qaldırıldı. Ermənistanın dövlət terroru davam edir. Sülhə məcbur etmə əməliyyatı Ermənistan dayandırılana qədər davam etməlidir”, - deyə H.Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az