Azərbaycanda 56 şəhərin yeni baş planları işlənib

Xəbərlər

02.10.2023 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

“Hazırda 7 şəhərin yeni baş planları üzərində işlənilir”

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra uzun bir yol keçib. Son 3 onillikdə Azərbaycan özünü münaqişə ilə əhatə olunmuş aşağı gəlirli ölkədən yuxarı orta gəlirli ölkəyə çevirə bilib. Yoxsulluq 49%-dən 5%-ə düşüb. Savadlılıq 100%-ə yaxındır”. AYNA xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Məskunlaşma Gününə həsr olunmuş tədbirdə deyib .

O qeyd edib ki, Azərbaycan “Dayanıqlı İnkişaf Hesabatı 2022”yə əsasən, ümumi DİM İndeksində 73,5 balla 163 ölkə arasında 50-ci yerdədir. Bu, regionda ən yaxşı nəticədir. Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasına nail olmaq öhdəliyi ilə götürüb.

A.Quliyev əlavə edib ki, ölkəmiz regionda 2030-cu il gündəliyinin icrasına dair 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən 1-ci ölkədir.

Komitə sədri qeyd edib ki, şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4000-dən çox qəsəbə və kəndini əhatə edir. Son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq 56 şəhərin yeni baş planları işlənib və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçilir. Başqa sözlə, şəhərlərimizin demək olar ki, 90%-i üçün artıq yeni müasir baş planlar hazırlanıb. Hazırda 7 şəhərin yeni baş planları üzərində işlənilir.

Müəllif: Ayna.az