Azərbaycana idxal edilən benzin üçün gömrük rüsumu ləğv edilib - QƏRAR

İqtisadiyyat

01.03.2024 - 11:58

Nazirlər Kabineti aksiz dərəcələrini 1 manata endirib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib. AYNA-nın xəbərinə görə, dəyişikliyə əsasən, 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən 95-dən az oktan ədədi ilə benzin üçün aksiz dərəcələri azaldılıb, 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Eyni zamanda qazoyllar, o cümlədən dizel yanacağı üçün aksiz dərəcəsi 80 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə 2024-cü il 31 dekabr tarixinədək ölkəyə idxal edilən qeyd edilən benzin və qazoyllar, o cümlədən dizel yanacağı üçün 15 faiz gömrük rüsumu ləğv edilib.

Bu Qərar 2024-cü il martın 1-dən qüvvəyə minir.

Müəllif: Ayna.az