Azərbaycan XİN: “Ürəyimiz İtaliya xalqının yanındadır”

Xəbərlər

25.05.2023 - 10:48

Xarici İşlər Nazirliyi İtaliyada baş verən təbii fəlakətlə bağlı başsağlığı verib

"İtaliyanın Emilia-Romanya regionunda baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. İtkin düşənlər üçün dua edirik və zərər çəkənlərə şəfa diləyirik. Ürəyimiz İtaliya xalqının yanındadır".

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, İtaliyada sel fəlakəti nəticəsində ölənlərin sayı 15-i keçib, 23 minə qədər şəxs evini tərk etmək məcburiyyətində qalıb.

Müəllif: Ayna.az