“Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə avtobus qəzasında həlak olanlarla bağlı başsağlığı verib.
AYNA-nın xəbərinə görə, XİN bununla bağlı “Tvitter”-də paylaşım edib.
“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, - deyə başsağlığında bildirilir.