Azərbaycan XİN Pakistanda törədilən terror aktını pisləyib

Siyasət

04.11.2023 - 19:13

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Pakistan hökuməti və xalqı ilə həmrəyik"

“Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsində 14 hərbçinin həlak olması ilə nəticələnən dəhşətli terror aktını birmənalı şəkildə pisləyirik”.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Pakistan hökuməti və xalqı ilə həmrəyik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün səhər Pakistanda Hava Qüvvələrinin bazasına hücum olub. Nəticədə 14 hərbçi həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş