XİN: "Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik"
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlarla əlaqədar bu ölkəyə başsağlığı verib.
Bu barədə AYNA Azərbaycan XİN-in "Twitter" səhifəsinə istinadən xəbər verir.
“Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Biz qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - başsağlığıda deyilir.