“Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Şovi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsində həyatını itirənlərin yaxınlarına başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə XİN-in “Twitter” səhifəsində paylaşım edilib.
“Ümid edirik ki, hələ də itkin düşən onlarla insan sağ-salamat tapılacaq. Biz Gürcüstan hökumətinin və xalqının yanındayıq”, - deyə xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub.