“Azərbaycan xalqı qlobal güclərə tüpürdü və taleyini özü həll etdi” - ŞEVÇENKO

Siyasət

14.12.2021 - 10:58

Rusiyalı politoloq: “Erməni siyasi qrupları tərəfindən ermənilərin özlərinə qarşı terror aktları həyata keçirilə bilər”

Ermənistan Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli formatını ATƏT-in Minsk Qrupu formatına qaytarmaq niyyətindədir. Bunu AYNA-ya şərh edən rusiyalı politoloq Maksim Şevçenkonun fikrincə, İrəvanın bunu etməkdə bir məqsədi  var - prosesi ləngitmək: “Qərb ölkələri Azərbaycan, Rusiya, Türkiyə, İran və ola bilsin ki, Gürcüstanın da qoşulacağı güclü ittifaqın, yəni ümumi əhalinin sayı təxminən 400 milyon nəfər təşkil edən və Avropa ilə rəqabət apara bilən regional əməkdaşlığın yaranmasında maraqlı deyil. Qərbin prinsipi “parçala və hökm sür”dür və Qərb ölkələri həmişə özlərindən kənar əməkdaşlığa qarşı olacaq”.

Ekspert Çinin də eyni mövqedən çıxış etdiyini deyib: “Onların tarixlərini və böyük çöldə baş verən münasibətləri araşdırsanız, indiki ilə eyni gəlir - bəzilərini digərlərinə qarşı dəstəkləyin, müharibələrə başlayın. Bütün bu siyasətin məqsədi sonsuz müharibə idi. Qərbin də eyni siyasəti var”.

“Azərbaycan əsgərləri başları üzərində sakit səma üçün döyüşməyə hazır olduqlarını sübut etdilər. Onlar onilliklər boyu oturub Azərbaycan və Ermənistan xalqlarını bir-birinə qarşı qoyan senatorlara, konqresmenlərə və digər diplomatlara tüpürdülər. Azərbaycan xalqı öz taleyini özü həll etdi. Brüsseldə, Vaşinqtonda, Moskvada yox, Şuşa dağlarının yamaclarında, Zəngilanda, Füzulidə qərar verdi və bu, dünya ağaları üçün dözülməzdir”, - deyə həmsöhbətimiz bildirib.

Şevçenkonun sözlərinə görə, böyük güclər insanların onların kuklaları olmasını istəyirlər: “İnsanların yerdən qalxıb, talelərini həll edəndə dözə bilmirlər. Ona görə də mən Azərbaycanı və onun ədalətə can atmasını dəstəkləyirəm. Güclü Qafqaz və güclü Kiçik Asiya azadlıq və ədalətə nail olmaq üçün qlobal prosesdə ən mühüm amildir”.

Ermənilərin beynəlxalq arenada yeni formulalarından – “xilas naminə ayrılma”dan danışan politoloq düşünür ki, indi ermənilər öz mövqelərinin erroziyasına çalışırlar, lakin bu vəziyyətə təşvişlə yanaşmaq lazımdır: “Bəzi təxribatları istisna etmirəm, xatırlayırıq ki, “Sumqayıt işi” ilə bağlı aparılan istintaq kələfin ucunu erməni kriminalitetinə aparıb çıxardı. Ona görə də mən ümid edirəm ki, erməni xalqının ziyalıları Ermənistan cəmiyyətində söz sahibi olacaqlar. Onlar çox gözəl başa düşürlər ki, hər şey yaxşı getsə, o zaman Avropadakı kimi sərhədlər açıq olacaq və insanlar istədikləri yerdə yaşaya biləcəklər. Ona görə də ermənilərə qarşı bəzi terror aksiyaları mümkündür: aksiyalar bunu da azərbaycanlıların etdiyini göstərmək üçün erməni siyasi qrupları tərəfindən həyata keçirilə bilər”.

Müəllif: Nicat Hacıyev