Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Stef Blok ilə görüşüb.
XİN-dən AYNA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin hazırkı durumu və əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.
Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.