Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb

Siyasət

08.06.2023 - 14:56

Görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriləcək danışıqların növbəti raundu təxirə salınıb.

AYNA Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınıb. Görüşün yeni tarixi barədə ictimaiyyət lazımi qaydada məlumatlandırılacaq”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Müəllif: Ayna.az