Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

19.05.2021 - 11:32

“Azeri Light”ın bir barelinin qiyməti 69,26 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,56 dollar azalaraq 68,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,61 dollar ucuzlaşaraq 64,88 dollar olub.

 

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,26 dollar təşkil edib.

 

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az