“Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərinə hələ cavab verməyib”

Aktual

04.09.2023 - 14:15

Həkimlər Klinikalar SEO Xidməti

Mher Qriqoryan: "Məndə olan məlumata görə, yekun təklifə hələ də cavab yoxdur"

“Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı erməni tərəfinin yeni təkliflərinə hələ ki, cavab verməyib”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan deyib.

"Məndə olan məlumata görə, yekun təklifə hələ də cavab yoxdur", - Qriqoryan jurnalistin Ermənistanın sülh müqaviləsi ilə bağlı son təkliflərinə Azərbaycanın cavab verib-vermədiyi sualını cavablandırarkən deyib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 25-də keçirilən hökumətin iclasında bəyan edib ki, Ermənistan tərəfi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Azərbaycan tərəfinə təqdim edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş