Türkiyədən uzanan qardaşlıq əlini niyə tutmuruq?

Mədəniyyət

22.10.2019 - 13:11

Uzaq-uzaq ölkələrdən turist cəlb etmək niyyətimizi ifadə edirik, amma qardaş ölkənin istəyinə cavab vermirik

 

Türkiyənin Burdur və Dənzili şəhərlərinin bələdiyyə və valilikləri Azərbaycanın müxtəlif şəhərləri ilə qardaşlaşmaq, əməkdaşlıq etmək istəyir. Məsələn, Burdur Bələdiyyəsi Şəki şəhəri ilə qardaşlaşmaq arzusundadır.

 

Bu barədə, Burdur şəhərində səfərdə olarkən, politoloq Elxan Şahinoğlu məlumat əldə edib. Ona bildirilib ki, bununla bağlı Burdur Bələdiyyəsindən Şəki Şəhər İcra Hakimiyyətinə göndərilən məktuba, uzun zamandır cavab ala bilmirlər.

Mərahim Nəsib