2 min 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (28.10.2024 - 03.11.2024) açıqlanıb.
ANAMA-dan AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 164 piyada əleyhinə mina, 73 tank əleyhinə mina, 7421 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 2 min 270,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.