“Veysəloğlu” Şirkətlər Qrupu Avropa Yenidənqurma və İnkişaf Bankı və Almaniya İnvestisiya və İnkişaf Təşkilatı ilə növbəti yeniliyə imza atıb
“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan, Azərbaycanın ən böyük supermarket şəbəkəsi olan “Araz” satış və logistika imkanlarını genişləndirmək niyyətindədir. Bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) regional rəhbərləri Matteo Patrone və Catarina Bjorlin Hansen şirkəti ziyarət edərək “Veysəloğlu” Şirkətlər Qrupununun rəhbərliyi ilə görüş keçiriblər.
Layihənin maliyyələşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankı və Almaniya İnvestisiya və İnkişaf Təşkilatı (AİİT) hər biri ayrı-ayrılıqda 5 milyon avro olmaqla 10 milyon avro dəyərində kredit ayırıb.
Ayna.az