Axtarışda olan 87 nəfər saxlanılıb

Xəbərlər

06.12.2022 - 11:37

Əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin üstü açılıb

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 40 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarılan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə