AXCP-nin Bərdə şöbəsinin sədri qətlə yetirilib

Hadisə

26.06.2022 - 19:41

Çapay Sadıqlı dəryazla vurularaq öldürülüb

Bərdədə qətl törədilib. AYNA xəbər verir ki, Bərdə rayonunun Samux kənd sakini 1968-ci il təvəllüdlü Xəzər Məmmədov münaqişə zəminində 1954-cü il təvəllüdlü Çapay Sadıqlını dəryazla vuraraq qətlə yetirib.

Bildirilir ki, tərəflər arasında münaqişəyə səbəb hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə olub.

Qətlə yetirilən Çapay Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədr olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xəzər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib: "Faktla bağlı cinayət işi başlanıb. Onu da qeyd edim ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur".

Müəllif: Ayna.az