Avstraliya Fələstin dövlətini tanımağa hazırlaşır

Dünya

11.08.2025 - 15:08

Fələstinin tanınması ilə bağlı qərar bu gün və ya yaxın günlərdə verilə bilər

Avstraliya yaxın günlərdə Fələstin dövlətini tanımağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Sydney Morning Herald” qəzeti yazıb.

Mənbələrin sözlərinə görə, Avstraliyanın Baş naziri Entoni Albanese Avstraliyanın Fələstin dövlətini tanımaq planlarını açıqlamağa hazırlaşır.

Ölkənin Nazirlər Kabinetinin qərar qəbul etmək üçün iclasa hazırlaşdığı bildirilir.

Mənbələrə görə, Fələstinin tanınması ilə bağlı qərar bu gün və ya yaxın günlərdə verilə bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş